Duz – Zəruri nemət, yoxsa səssiz təhlükə?"
Duz min illərdir insanın qida rasionunun ayrılmaz hissəsidir. Onun tərkibindəki natrium və xlor orqanizmin bir çox funksiyalarında mühüm rol oynayır. Lakin duzun faydası qədər zərəri də var və bu, onun qəbul miqdarından birbaşa asılıdır.
Duzun orqanizmə bir çox faydaları var: Duz orqanizmdə maye balansını tənzimləyir, əzələlərin və sinir sisteminin normal işləməsində iştirak edir, qan təzyiqinin sabit saxlanmasına kömək edir, mədə turşusunun əmələ gəlməsində rol oynayır, bu da həzmi asanlaşdırır.
Amma bunu da bilməliyik ki, artıq duz qəbulunun bir sıra təhlükələsi də var: Yüksək təzyiq (hipertoniya) duz bədəndə suyun toplanmasına səbəb olur, bu isə damarlar üzərində təzyiqi artırır, ürək-damar xəstəlikləri: Artan qan təzyiqi ürəyə əlavə yük verir və infarkt riskini artırır. Böyrəklərə zərərdi belə ki, artıq natrium böyrəklərin fəaliyyətini pozur, böyrək daşı əmələ gələ bilər, Sümük əriməsi (osteoporoz) gətirib çıxarır, çünki duz kalsiumun bədəndən yuyulmasına səbəb olur. Hətta mədə xərçəngi riskini də artır. Belə ki, uzun müddət yüksək duzlu qidalarla qidalanma mədə selikli qişasını zədələyə bilər. Şişkinlik və ödem kimi: belə ki, su orqanizmdə qalaraq bədəndə şişkinlik yarada bilər.
Bəs gündəlik qəbul miqdarı nə qədər olmalıdır?
Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz qəbulunu 5 qramdan (təxminən 1 çay qaşığı) artıq etməməyi tövsiyə edir.
Duzlu yeməklərdən necə uzaq duraq?
Hazır qidalardan (kolbasa, cipsi, konservlər) uzaq dur.
Yeməyə əlavə duz əvəzinə limon, sarımsaq, göyərti və ədviyyatlar istifadə et.
Etiketləri oxu – bəzi məhsullarda gizli duz miqdarı yüksək olur.
Tədricən duz miqdarını azalt, damaq dadın zamanla uyğunlaşacaq.
Duz – az miqdarda həyati əhəmiyyətli, çox olduqda isə səssiz qatilə çevrilə bilən bir maddədir. Sağlam qalmaq üçün balanslı və şüurlu istifadə etməyi unutmayaq.
Sevinc Salehqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: