sedanews.az
sedanews.az

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

Bugün, 11:00


İlin sonunadək neçə gün istirahət edəcəyimiz məlum olub.
sedanevs.az xəbər verir ki, 2026-cı ilin qarşıdakı aylarında qeyri-iş günlərinin sayı iş həftəsinin beş və ya altıgünlük olmasından asılı olaraq dəyişəcək.
Oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq.
Noyabr ayında isə daha çox qeyri-iş günü olacaq. Belə ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günüdür. Hər iki tarix qeyri-iş günü hesab olunur. Bununla yanaşı, noyabrın 10-u da istirahət günüdür. Beləliklə, ayın 8-dən 10-dək ardıcıl 3 gün qeyri-iş günü olacaq.
Ümumilikdə noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar 11, altıgünlük iş həftəsi ilə çalışanlar isə 7 gün istirahət edəcəklər.
Dekabr ayında isə beşgünlük iş həftəsi üzrə çalışanlar üçün 9, altıgünlük iş həftəsi üzrə çalışanlar üçün 5 qeyri-iş günü nəzərdə tutulub. Dekabrın 31-i – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.
Qeyd edək ki, 2026-cı il üzrə iş və istirahət günlərinin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi istehsalat təqviminə əsasən müəyyənləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA