Nazirlikdən Milli.Az-a verilən məlumata görə, izahatda deyilir:
"Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə Ramazan bayramı və xüsusi karantin rejimi ilə əlaqədar olaraq iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 2020-ci ilin 23-30 may dövrü üçün bayram, istirahət və əmək haqqı saxlanılmaqla qeyri-iş günləri müəyyən edilib.
Bununla əlaqədar olaraq əmək haqqı ödənişlərinin düzgün aparılması üçün iş vaxtı tabellərində həmin günlər aşağıdakı kimi qeyd edilməlidir:
| Tarixlər | Beşgünlük iş həftəsi | Altıgünlük iş həftəsi |
| 23 may | İstirahət günü | Ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
| 24 may | Bayram günü | Bayram günü |
| 25 may | Bayram günü | Bayram günü |
| 26 may | İstirahət günü | İstirahət günü |
| 27 may | İstirahət günü | İstirahət günü |
| 28 may | Bayram günü | Bayram günü |
| 29 may | Ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) | Ödənişli qeyri iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
| 30 may | İstirahət günü | Ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
Fasiləsiz xidmət sahələrində istehsalat zərurəti ilə əlaqədar olaraq beşgünlük və altıgünlük iş həftəsində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işə cəlb edildikdə xüsusi əmək (iş) rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, həm dövlət büdcədən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əmək haqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.
Növbəli iş rejimində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işlədikdə həm dövlət büdcəsindən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əmək haqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.
Xüsusi iş (əmək) rejimi ilə əlaqədar müəyyən edilmiş qeyri iş günləri ilə əlaqədar nəzərə alınmalıdır ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi
Diqqət: Bu şəxslərin icazələri ləğv edilir
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Trampa sui-qəsdin yeni görüntüləri
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
Bir boğaz, milyardlarla zərər: Qlobal böhran dərinləşir
Bakıda mənzillərin kvadratı 120 manat bahalaşacaq - SƏBƏB
Türkiyədə qalan azərbaycanlılar üçün pis xəbər
Yediyimiz bu qidalar neftdən HAZIRLANIRMIŞ
Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ
Azərbaycanda buğda istehsalı artır, amma tələbat tam ödənmir - SƏBƏB
Tramp Ukraynanın məğlubiyyətini elan etdi
Mayda iki gün işdən tez çıxacaqsınız - TARİXLƏR
Təhsilin zirvəsində parlayan imzalar
Bazarda rekord AZALMA - Neft ucuzlaşdı
Dolların sonu yaxınlaşır? - Əsl həqiqət üzə çıxdı
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bakının bu küçələrində sıxlıq var
Qızıl və gümüş ucuzlaşdı
Təbii qazın dəyəri azaldı
Daha bir məşhur bakılı vəfat etdi
ABŞ-ın İran savaşında itirdikləri...
“Axios”: İran ABŞ-a Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib
General hərbi ekspertlə bağlı sirləri açdı
Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
İran Rusiyanı Hörmüzdən keçid üçün rüsumdan azad etdi
5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı
Bakıda torpaq uçqunu
Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
Bakıda internat məktəbinin yataqxanasında yanğın
Rusiya müharibənin gələcəyini yenidən formalaşdırır
İsrail səfirliyindən Azərbaycanla bağlı açıqlama
Yaxın Şərqdə böhran: Dünyanın enerji xəritəsi dəyişir
ABŞ-İran danışıqları: İslamabadda əməliyyat keçirildi
Netanyahu gəlsə, həbs ediləcək - Magyar
Ağcabədidə ağır qəza: ölən var
Bakıda ağır qəza: ölən var
Rusiyanın iki desant gəmisi məhv edild
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Azərpoçt"un rəhbəri işdən çıxdı - Yeni təyinat
Pulumuzun neçə faizi ərzağa xərclənir?
İsrail sübut etdi ki, əsl müttəfiqdir - Tramp
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi