sedanews.az
sedanews.az

Azərbaycanda 18 uşaq bağçasında qida ilə bağlı 158 nöqsan aşkarlanıb

18-08-2022, 12:49 431 dəfə baxılıb


  Avqustun 8-12-si tarixlərində respublika üzrə fəaliyyət göstərən 18 uşaq bağçasında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı ümumilikdə 158 nöqsan müəyyən olunub.
   AQTadan  verilən məlumata göər, aşkar edilmiş nöqsanlarla bağlı 17 uşaq bağçası barəsində inzibati tədbir görülüb.
   Qeyd edək ki, monitorinqlər zamanı məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, saxlanılması, daşınması, realizə olunması, markalanması və qablaşdırılmasına dair tələblərə əməl olunub-olunmadığı yoxlanılır. Bununla yanaşı, mütəxəssislər tərəfindən uşaq bağçalarında qida məhsullarının hazırlandığı və saxlanıldığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA