sedanews.az
sedanews.az

Məktəbli formaları məcburi deyil

12-09-2022, 14:31 266 dəfə baxılıb


   Təhsil müəssisələri şagirdlərini uyğun formada qəbul etməyə hazırdır
Yeni tədris ilində 320 təhsil müəssisəsi 484.000 çox şagirdi qəbul edəcək. Bu ilki tədris ili üçün 5 yeni məktəb fəaliyyətə başlayacaq. Təhsil müəssisələrində istər pedaqoji proseslərin qurulmasında, istərsə də texniki məsələlərin aradan qaldırılması istiqamətində işlər aparılıb.
    Bunu REAL-a açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirdi.
Mehriban Vəliyeva həmçinin qeyd etdi ki, bugünlərdə əsas məsələlərdən biri məktəbli forması ilə bağlı aparılan müzakirələrdir. Əgər forma çatışmazlığı varsa burada heç bir problem yoxdur, çünki təhsil müəssisələri şagirdlərini uyğun formada qəbul etməyə hazırdır. Həmçinin, təhsil müəssisələrinin rəhbərliyi də bu istiqamətdə heç bir basqı edə bilməz.
    Qeyd edək ki, 2022-2023 cü il təhsil ilinin başlamasına 3 gün qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA