Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Axar.az fərmanın mətnini təqdim edir:
“İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1688 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə hər iki halda “2 811 428 292,00” rəqəmləri “2 850 308 292,00” rəqəmləri ilə əvəz edilsin.
2. 2-ci hissə üzrə:
2.1. 2.1-ci bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “1 375 987 690,00” rəqəmləri “1 367 987 690,00” rəqəmləri ilə əvəz edilsin;
2.2. 2.1.1-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “1 236 410 000,00” rəqəmləri “1 228 410 000,00” rəqəmləri ilə əvəz edilsin;
2.3. 2.2-ci bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “815 053 804,00” rəqəmləri “827 933 804,00” rəqəmləri ilə əvəz edilsin;
2.4. 2.2.2-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “218 100 000,00” rəqəmləri “218 380 000,00” rəqəmləri ilə əvəz edilsin;
2.5. 2.2.2.1-ci və 2.2.2.2-ci abzasların “Məbləğ (manatla)” sütununda “109 050 000,00” rəqəmləri “109 190 000,00” rəqəmləri ilə əvəz edilsin;
2.6. 2.2.3-cü yarımbəndin “Məbləğ (manatla)” sütununda “303 800 000,00” rəqəmləri “316 400 000,00” rəqəmləri ilə əvəz edilsin;
2.7. 2.2.3.1-ci və 2.2.3.2-ci abzasların “Məbləğ (manatla)” sütununda “151 900 000,00” rəqəmləri “158 200 000,00” rəqəmləri ilə əvəz edilsin;
2.8. 2.5-ci bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “32 600 000,00” rəqəmləri “66 600 000,00” rəqəmləri ilə əvəz edilsin;
2.9. 2.5.1-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “31 000 000,00” rəqəmləri “65 000 000,00” rəqəmləri ilə əvəz edilsin.
3. 3-cü hissə üzrə:
3.1. 3.2-ci bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “79 280 236,00” rəqəmləri “78 934 142,00” rəqəmləri ilə əvəz edilsin;
3.2. 3.2.1-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “53 280 236,00” rəqəmləri “52 934 142,00” rəqəmləri ilə əvəz edilsin;
3.3. 3.4-cü bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “2 503 074 032,0” rəqəmləri “2 565 744 926,00” rəqəmləri ilə əvəz edilsin;
3.4. 3.4.1-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “1 717 996 342,00” rəqəmləri “1 678 167 236,00” rəqəmləri ilə əvəz edilsin;
3.5. 3.4.2-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “497 077 690,0” rəqəmləri “479 577 690,0” rəqəmləri ilə əvəz edilsin;
3.6. 3.4.2.3-cü abzasın “Məbləğ (manatla)” sütununda “27 500 000,00” rəqəmləri “23 000 000,00” rəqəmləri ilə əvəz edilsin;
3.7. 3.4.2.4-cü abzasın “Məbləğ (manatla)” sütununda “50 000 000,00” rəqəmləri “40 000 000,00” rəqəmləri ilə əvəz edilsin;
3.8. 3.4.2.5-ci abzasın “Məbləğ (manatla)” sütununda “57 000 000,00” rəqəmləri “55 000 000,00” rəqəmləri ilə əvəz edilsin;
3.9. 3.4.2.7-ci abzasın “Məbləğ (manatla)” sütununda “1 000 000,00” rəqəmləri “3 000 000,00” rəqəmləri ilə əvəz edilsin;
3.10. 3.4.2.9-cu abzasın “Məbləğ (manatla)” sütununda “24 000 000,00” rəqəmləri “21 000 000,00” rəqəmləri ilə əvəz edilsin;
3.11. 3.4.2.9.2-ci abzasın “Məbləğ (manatla)” sütununda “5 000 000,00” rəqəmləri “2.000.000,00” rəqəmləri ilə əvəz edilsin;
3.12. 3.4.3-cü yarımbəndin “Məbləğ (manatla)” sütununda “260 000 000,00” rəqəmləri “393 000 000,00” rəqəmləri ilə əvəz edilsin;
3.13. 3.4.4-cü yarımbəndin “Məbləğ (manatla)” sütununda “28 000 000,00” rəqəmləri “15 000 000,00” rəqəmləri ilə əvəz edilsin;
3.14. 3.5-ci bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “55 000 000,00” rəqəmləri “30 000 000,00” rəqəmləri ilə əvəz edilsin;
3.15. 3.6-cı bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “88 874 024,00” rəqəmləri “90 429 224,00” rəqəmləri ilə əvəz edilsin;
3.16. 3.6.1-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “3 303 343,00” rəqəmləri “3 288 923,00” rəqəmləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1.4-cü, 3.1.24-cü, 3.1.38–3.1.40-cı, 3.1.43–3.1.45-ci, 3.1.51-ci, 3.1.53-cü, 3.1.54-cü və 3.1.57-ci yarımbəndlərdən “tabeliyindəki qurum vasitəsilə” sözləri çıxarılsın.
2._3.1.42-ci, 3.1.48-ci, 3.1.49-cu, 3.1.52-ci və 3.1.55-ci yarımbəndlərdən “strukturuna daxil olan qurum vasitəsilə” sözləri çıxarılsın.
***
Prezident İlham Əliyev “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.Fərmanda deyilir:
1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (
əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.