Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İlahiyyat Kollecinə 20 nəfərin qəbulunun nəzərdə tutulduğunu bildirib.
"Report"un məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, təhsil müəssisəsinin binasının harada yerləşməsi ilə bağlı məsələ İqtisadiyyat Nazirliyinin səlahiyyətindədir.
"Bu, təhsil müəssisəsinin yaradılması ilə bağlı imzalanmış sənəddə əksini tapıb. İqtisadiyyat Nazirliyi müvafiq qurum vasitəsilə müəyyən təkliflər verəcək. Bundan sonra məsələ öz həllini tapacaq. İlkin olaraq müəllim və tələbə heyəti də daxil olmaqla 20 nəfərin qəbulu nəzərdə tutulur. Növbəti illərdə bu sayın artacağını nəzərə alsaq, bir bina təklif olunacaq", - M.Qurbanlı vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.