Həyatlara Şəfa Bəxş Edən Peşə: Həkimlik
Həkimlik sadəcə bir peşə deyil, bu, vicdanın, fədakarlığın və insan sevgisinin təcəssümüdür. Hər bir həkim aldığı and içində “Əvvəlcə zərər vermə” prinsipi ilə hərəkət edir, insan sağlamlığını qorumağı özünün ən ali vəzifəsi sayır. Xüsusilə onkologiya kimi çətin və məsuliyyətli sahədə çalışan həkimlər həm fiziki, həm də mənəvi baxımdan güclü olmalıdırlar. Onlar sadəcə bir xəstəliyi deyil, çox zaman ümidsizliyə düşən bir insanı, ailəni və həyatı xilas edirlər. Belə həkimlərdən biri də – İlqar Şikar oğlu Qasımzadədir.
İlqar Qasımzadə – Onkologiya sahəsində mütəxəssis və insanlara ümid bəxş edən bir həkimdir.
İlqar Qasımzadə uzun illərdir ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində uğurla çalışan, elmi biliklərini praktiki təcrübə ilə birləşdirən, öz işinə məsuliyyətlə yanaşan savadlı və fədakar həkimlərdən biridir.
O, 2004–2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 2010–2011-ci illərdə həmin universitetin Onkoloji Klinikasında internatura keçmişdir. O, burada onkologiya sahəsinin ilk praktik əsaslarını mənimsəmiş, klinik bilik və bacarıqlarını inkişaf etdirmişdir.
Elmi inkişaf və davamlı təkmilləşmə İlqar Qasımzadənin həkimlik fəlsəfəsinin əsasını təşkil edir. Bu məqsədlə, 2019-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda onkologiya üzrə kurs keçmiş, daha sonra isə Milli Onkologiya Mərkəzində doktorantura təhsili almışdır.
2012-ci ildən etibarən Milli Onkologiya Mərkəzinin Poliklinika Qəbul şöbəsində həkim-onkoloq vəzifəsində çalışır. Onun həkimlik fəaliyyəti dövründə yüzlərlə pasiyentə yardım göstərməsi, dəqiq diaqnostika və fərdi müalicə planları ilə sağlamlığa qovuşmalarına dəstək olması, İlqar Qasımzadəni həm pasiyentləri, həm də kollektiv içində nüfuzlu bir həkimə çevirib.
İlqar həkim işində etik qaydalara riayət etməyi, pasiyentə psixoloji dəstək verməyi, ailələri ilə düzgün ünsiyyət qurmağı vacib hesab edir. O, müasir tibbi protokollara əsaslanmaqla yanaşı, hər bir insana fərdi yanaşma göstərir. Bu da onun pasiyentlər tərəfindən sevilib etibar edilməsinin əsas səbəblərindəndir.
İlqar Qasımzadə həkimlik fəaliyyəti ilə yanaşı, daim elmi-praktiki inkişafla da məşğul olur. O, həm yerli, həm də beynəlxalq səviyyədə keçirilən onlarla konfrans və simpoziumlarda iştirak etmişdir. Onlardan bəziləri bunlardır:
2008-ci ildə Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş elmi konfransda “Miokard infarktı fonunda fermentlərdə baş verən dəyişikliklər və onun vazoprostanla korreksiyası” mövzusunda iştirak etmişdir.
08.11.2013-cü ildə “Kolorektal xərçəngin müalicəsinin müasir aspektləri” tədbirində iştirak etmişdir.
06.12.2013-cü il Xərçəng xəstəliyinin müasir diaqnostika və müalicə metodları.
14-15 mart 2015-ci ildə Beynəlxalq Onkoloji Elmi Konfransda iştirak etmişdir.
19.09.2016-cı ildə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda kurs keçib, sonra həkimlərin sertifikasiyasından keçmiş və şəhadətnamə almışdır.
2017-ci ildə Milli Dirçəliş gününə həsr olunmuş Milli Onkologiya Mərkəzinin Gənc alim və mütəxəsisslərin elmi-praktiki konfransının tezisləri “Azərbaycan populyasiyasında epitelin böyümə faktoru reseptoru asılı qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi”.
18.02.2017-ci ildə I Neyroendokrin şişlər simpoziumunda iştirak etmişdir.
25.02.2017-ci ildə I Bakı Endoskopiya Formunda iştirak etmişdir.
17-19 mart 2017-ci ildə Ege Hematoloji Onkoloji konqresində iştirak etmişdir.
2018-ci ildə Ümummilli lider H.Ə.Əliyevin ad gününə həsr olunmuş elmi-praktik konfransda “Azərbaycan populyasiyasında EGFR asılı qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin target terapiyası” mövzusunda iştirak etmişdir.
2018-ci ildə Gənc alim və mütəxəsisslərinin elmi-praktiki konfransının tezisləri “Yerli yayılmış mədə xərçənginin diaqnostika və müalicəsində EUS-un rolu”.
26-29 aprel 2018-ci ildə Azərbaycan-Alman-Türk Tibbi konqresində iştirak etmişdir.
20.05.2018-ci ildə II Azərbaycan Nüvə Təbabəti Simpoziumunda iştirak etmişdir.
06.10.2018-ci ildə II Bakı Endoskopiya Formunda iştirak etmişdir.
31.10.2018-ci ildə Cərrahiyyədə və intensiv terapiyada nutritiv yardım mövzusunda seminarda iştirak etmişdir.
01.12.2018-ci ildə Cərrahiyyədə Yeniliklər adlı I simpoziumda iştirak etmişdir.
02.02.2019-cu ildə III Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumunda iştirak etmişdir.
03-05 may 2019-cu ildə 5.Azərbaycan-Alman-Türk Tibbi konqresində iştirak etmişdir.
İlqar Qasımzadənin elmi tezisləri və məqalələri həm də yerli gənc alim və mütəxəssislərin konfranslarında geniş maraqla qarşılanmışdır. O, həmçinin endoskopiya, nüvə təbabəti, neyroendokrin şişlər və intensiv terapiyada nutritiv yardım mövzusunda keçirilən tədbirlərdə də fəal iştirak edib.
İlqar Qasımzadə ölkəmizdə onkologiya sahəsində çalışan peşəkar və savadlı həkimlərdən biridir. Onun həyat fəlsəfəsi – insanlara yardım etmək, xəstəliyə qarşı mübarizədə daim elmin və şəfqətin yanında olmaqdır. Tibbi bilikləri, elmi fəaliyyəti və fədakar əməyilə o, yalnız pasiyentlərin deyil, həm də gənc həkimlərin, tələbələrin və həmkarlarının da dərin hörmətini qazanıb. Sonunda İlqar Qasımzadəyə işində uğurlar və böyük nailiyyətlər arzulayırıq.
Afət İlkin