Məktəbli formaları dəyişdiriləcək? - Nazir
Məktəbli formalarının dəyişdirilməsi ilə bağlı hər hansı yeni bir qərar yoxdur.
sedanevs.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, məktəbli formalarının mərkəzləşdirilmiş şəkildə dəyişdirilməsi gündəmdə deyil:
"Müvafiq qaydalar çərçivəsində müəyyən edilmiş formalar var. Müxtəlif məktəblərin bu formaları öz təşəbbüsləri ilə müəyyən qədər dəyişə bilər. Yəni bu, ölkədə fəaliyyət göstərən bəzi məktəblərdə fərqli şəkildə tətbiq oluna bilər.
Amma bu, mərkəzləşdirilmiş şəkildə, yəni bütün məktəblər üzrə formaların rəsmi olaraq dəyişdirilməsi anlamına gəlmir. Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur".