sedanews.az
sedanews.az

Bəzi diplomlar hay-küylə üzləşməmək üçün verilir - Emin Əmrullayev

16-09-2025, 10:20


“Əgər ölkədəki ali təhsil müəssisəsinin pedoqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: o diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox?”
sedanevs.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir bildirib ki, bəzi hallarda universitetlərdə diplomlar müəyyən ambisiyalara görə təqdim olunur:
“Əgər adama diplom vermisənsə, mən demirəm o hamıdan yüksək bal yığsın, deyirəm ki, minimal bal toplasın. Bu diplomlar sadəcə olaraq bəzən mərhəmət hissi ilə, bəzən kiminləsə üz-üzə gəlməmək, bəzən kiminsə hay-küyü ilə üzləşməmək üçün verilir. Sonra əmək bazarında həmin adamların bacarıqları olmayanda bunun məsuliyyətini həmin ali təhsil müəssisəsi daşıyır. Bunu ört-basdır etmək düz deyil”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA