sedanews.az
sedanews.az

Almaniyanın Bakı səfiri danışdı: Niyə səfərlərə qoşulmur?

31-03-2021, 11:47 442 dəfə baxılıb

Almaniyanın Bakı səfiri danışdı: Niyə səfərlərə qoşulmur?

Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniqin xarici diplomatların azad olunmuş ərazilərə səfərlərində iştirak etməməsini ictimai qınaqlara səbəb olması, eyni zamanda Almaniyanın Qarabağla bağlı tutduğu mövqe azərbaycanlıların etirazına səbəb olub.
Axar.az bununla bağlı Turan agentliyinin Almaniyanın Bakıdakı səfirliyinə yazılı sualına səfirdən aldığı cavabı təqdim edir:
- Səfir diplomatların səfərlərində niyə iştirak etməyib?
- Səfirin və ya səfirliyin əməkdaşlarının hara və nə vaxt göndəriləcəyi barədə qərar bütün amillərin təhlilindən asılıdır. Burada müəyyənedici məsələ odur ki, bu, Almaniya Xarici İşlər Federal Nazirliyinin tələb etdiyi kimi, səfirliyin missiyasını gücləndirəcəkmi və səfər təhlükəsizlik və sağlamlıq baxımından risklidirmi?
- Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsilə bağlı vəziyyətə dair hazırkı mövqeyi necədir?
- Federal hökumətin Cənubi Qafqaz regionu ilə bağlı siyasəti Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağda və onun ətrafında münaqişənin eskalasiyasının dayandırılmasına yönəlib.
Federal hökumətin fəaliyyətində məqsəd hərbi əməliyyatlara son qoymaq və azərbaycanlılarla ermənilər arasında barışığa başlamaqdır.
Federal xarici işlər naziri həm Azərbaycanda, həm də Ermənistanda öz həmkarları ilə danışıqlarda şəxsən iştirak etdiyini vurğulayıb.
Almaniyanın həm Bakıda, həm də İrəvandakı səfirlikləri bu istiqamətdə işləyirlər. Federal hökumət Azərbaycan və Ermənistanla bununla bağlı, o cümlədən ATƏT və Avropa İttifaqı çərçivəsində dialoqu davam etdirir. Biz hər iki tərəfi münaqişənin davamlı nizamlanması üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsilə danışıqları bərpa etməyə çağırırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA