sedanews.az
sedanews.az

Aİ ilə münasibətlərdə yeni mərhələ

21-12-2021, 12:19 617 dəfə baxılıb

           Aİ ilə münasibətlərdə yeni mərhələ 

  Avropa İttifaqı Azərbaycanı regionun güc mərkəzi kimi qəbul edir
Azərbaycanın Aİ ilə əlaqələri siyasi və hüquqi sahələrdən əlavə, iqtisadi cəhətdən də məhsuldar istiqamətdə irəliləyir. Azərbaycan ticarətinin 40 faizdən çoxu Aİ-yə üzv ölkələrin payına düşür. Bu da Aİ-nin Azərbaycanın əsas ticarət və ən böyük ixrac tərəfdaşı olduğunu göstərir. Bunun nəticəsidir ki, Azərbaycanda Aİ-yə üzv ölkələrin 1700–dən çox şirkəti fəaliyyət göstərir. Həmin şirkətlərin ölkəmizdə fəaliyyət göstərməsi Azərbaycan beynəlxalq səviyyədə əlaqələrini gücəndirir. Azərbaycan, həmçinin Avropa İttifaqının qaz sahəsində əsas təchizatçısıdır. Bunun üçün ölkəmiz uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizini istifadəyə verib.Bazar iqtisadiyyatının praktiki səmərəliliyini artırmaq üçün Azərbaycan Aİ ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. İqtisadi tendensiyanı tənzimləmək üçün söz sahibi olmaq Azərbaycan üçün yeni qapılar da açır. Bu o deməkdir ki, Azərbaycan faydalı əməkdaşlıq əlaqələrini təkcə Aİ ilə deyil, ona üzv ölkələrlə də çoxtərəfli konfiqurasiya üzərindən genişləndirir. Qarşılıqlı münasibətlərin və strateji əlaqələrin müsbət yöndə irəliləməsi üçün Azərbaycan Aİ-nin 9 üzv dövləti ilə tərəfdaşlıq sənədi imzalayıb.Aİ Azərbaycanla humanitar yönümlü fəaliyyətlərdə də birgə çıxış etməkdə maraqlıdır. Belə ki, 2021-ci ilin iyununda Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, həmçinin ölkəmizin 15 ermənini qarşı tərəfə təhvil verməsi kimi humanitar aksiyanın həyata keçirilməsində Aİ Şurasının Prezidenti Şarl Mişelin də vasitəçilik rolu oldu. Aİ-nin bu addımına fərqli prizmadan yanaşsaq qeyd edə bilərik ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi geosiyasi vəziyyəti dəyişdi. Avropa İttifaqı da Azərbaycanın artan nüfuzunu qiymətləndirdiyi üçün regiona ATƏT-in Minsk qrupu kimi faydasız addımlarla yox, real fəaliyyətlə gəldi. Görünən odur ki, Aİ bölgədə olan perspektivi, uğurlu gələcəyi anlayaraq Qarabağda baş verən bütün humanitar addımlarda özünü fəal göstərmək istəyir. Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən görüş zamanı diqqətçəkən məqamlardan biri də Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 min azərbaycanlının gündəliyə salınması oldu. Şarl Mişel, həmçinin itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd etdi. Onların taleyinin müəyyən edilməsi məsələsinin ilk dəfə beynəlxalq tribunada gündəmə gətiriləsi Ermənistana təzyiq vasitəsi kimi də istifadə oluna bilər. Gələcək danışıqlarda beynəlxalq hüquqa əməl edilməsini tələb edərək daha bir istiqamətdə Ermənistan üzərində psixoloji üstünlüklərə yiyələnmək olar. Əlbəttə, BMT-nin 4 qətnaməsini yerinə yetirməyib beynəlxalq sənədlərə məhəl qoymayan işğalçı dövlətin bu istiqamətdə müsbət addım atacağını gözləmək sadəlövhlük olar. Amma Şarl Mişelin itkin düşən azərbaycanlılar məsələsini Ermənistanın da iştirak etdiyi Brüssel görüşündə səsləndirməsi Azərbaycan üçün müsbət, məğlubiyyətə uğramış işğalçı dövlət üçün isə siyasi təzyiq vasitəsi kimi dəyərləndirilə bilər.
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA