sedanews.az
sedanews.az

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

24-04-2024, 11:09 101 dəfə baxılıb


  Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yola düşüb.
REAL Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.
  Onu 11 nazirdən ibarət nümayəndə heyəti müşayiət edir.
  Bildirilib ki, aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov Prezident İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər.
  Bundan başqa, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi planlaşdırılır. Bundan sonra ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlər imzalanacaq.
  Azərbaycan və Qırğızıstan liderləri Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində də iştirak edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA