sedanews.az
sedanews.az

“İnsanların yanlış istiqamətləndirilməsinə hesablanmış bütün tendensiyalara qarşı mübarizə aktualdır”

8-06-2020, 17:17 1 950 dəfə baxılıb

“İnsanların yanlış istiqamətləndirilməsinə hesablanmış bütün tendensiyalara qarşı mübarizə aktualdır”

Əflatun Amaşov: “Yalan informasiyalara qarşı mübarizə sırf sərt tədbirlər kontekstində dəyərləndirilməməlidir”
“Məsələyə kompleks yanaşmaq, vəziyyətin geniş təhlili ilə hüquqi baza formalaşdırılmalıdır"
 
Məlum olduğu kimi, ölkəmizdə koronavirusla mübarizə məqsədi ilə ciddi addımlar atılmaqdadır. Lakin təəssüflər olsun ki, bu gün də sosial şəbəkələrdə  Azərbaycanda bu xəstəliyin olmadığı, yaxud xəstələrin sayının süni şəkildə şişirdildiyi və s. kimi əsassız fikirlərə rast gəlinir.
Maraqlıdır, belə yanlış informasiyaların ictiami rəydə çaşqınlıq yaratmasını önləmək üçün sosial şəbəkələrə ciddi nəzarətin tətbiqi nə dərəcədə məqsədəuyğun olar?  Dövlətin apardığı mübarizəyə kölgə salanlara qarşı qanun çərçivəsində sərt tədbirlərin tətbiqinə ehtiyac varmı? 
Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Sosial şəbəkələr əsasən informasiyanın yayılma arealı kimi çıxış edirlər. Orada fikir bölüşən şəxsin ictimailik dərəcəsindən, vəzifəsindən asılı olaraq, sosial şəbəkələr informasiya mənbəyi kimi də çıxış edə bilərlər. Bu iki məqamı bir-birindən ayırmaq lazımdır.
Sosial şəbəkələr informasiyanın yayılma arealıdırsa, yəni deyək ki, hansısa kütləvi informasiya vasitəsi öz informasiyasını bu platformalar üzərindən tirajlayırsa, deməli, yaydığı informasiyanın kütləviliyi üçün çalışır. Əgər informasiyada nöqsan, qüsur, qərəz varsa, onun ictimai rəyə təsirinin böyüklüyü, ictimai rəyi yanlış yönləndirmə mahiyyəti və bu yanlışlığın cəmiyyətə daha çox təsir göstərməsi amili əsas götürülməlidir. Tədbirlər də adekvat seçilməlidir. Hesab edirəm ki, mövcud istiqamətdə hüquqi dəqiqləşdirmələrin aparılması, qanunvericilik bazasının yaradılması son dərəcə vacibdir.
O ki qaldı, koronavirusla bağlı yanlış bilgilərin yayılmasına, əslində yanaşma qeyd etdiyim kimi olmalıdır. Doğrudur, biz belə bir tendensiyaya da şahidlik edirik - heç kəs tərəfindən tanınmayan sosial şəbəkə profili yalan bilgi paylaşır. Tədricən o yalan yayılır və cəmiyyətə mənfi təsirini göstərir. Təbii ki, bu sayaq meyllərə qarşı barışmaz olmaq lazımdır. Çünki yayılan yalanlar ahəngi pozur.
Bilirsiniz, məsələ sırf sərt tədbirlər kontekstində dəyərləndirilməməlidir. Yəni bu gün bir yanlışlıq, yaxud yalan görürüksə, dərhal bunun qanunla cəzalandırılması mexanizminə qaçılmamalıdır. Ona görə ki, bu, tələskənlik olur. Mən dediyim odur ki, məsələyə kompleks baxılsın. Vəziyyətin geniş təhlili ilə hüquqi baza formalaşdırılsın. Elə baza ki, kənardan ifadə azadlığının pozulması yönündəki interpretasiyalara imkan yaratmasın. Dünyanın bir çox ölkələrində oxşar mexanizmlər tətbiq olunur.
Ümumən cəmiyyətin, dövlətin mənafeyinə, insanların sağlamlıq durumuna mənfi təsir edən, insanların yanlış istiqamətləndirilməsinə hesablanmış bütün tendensiyalara qarşı mübarizə aktualdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA