Sizin reklam burada728x90
Son dəqiqə:
» » Ərdoğan Zəfər Günündə Azərbaycana gələcək

Ərdoğan Zəfər Günündə Azərbaycana gələcək

05.11.2026, 14:11 Gündəm Çap et

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.
NTV xəbər verir ki, Ərdoğan bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – Türkiyə Prezidenti bildirib.
Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ənənəvi diplomatik əlaqələrdən daha dərin olduğunu vurğulayıb. O, iki ölkə arasındakı qırılmaz bağın ortaq tarixə, mədəniyyətə və taleyə söykəndiyini qeyd edib.
“Türkiyə–Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan deyib.(modern)