sedanews.az
sedanews.az

Rus ekspert: Bakı bu əməliyyatı “səssiz” keçirəcək

16-02-2021, 11:02 425 dəfə baxılıb

Rus ekspert: Bakı bu əməliyyatı “səssiz” keçirəcək 


 


Azərbaycan Qarabağ bölgəsində antiterror əməliyyatına başlamaq üçün ordunu qaldırmayacaq.
Bu barədə  Rusiyanın ictimai xadimi, tanınmış tarixçi Dmitri Verxoturov bildirib.
“Düşünmürəm ki, Azərbaycan öz ərazilərini xırda qruplar şəklində terror fəaliyyəti ilə məşğul olan ermənilərdən təmizləmək üçün irimiqyaslı əməliyyata məcbur olsun. Bu prosses Azərbaycanın xüsusi təyinatlı qüvvələri üçün tipik bir gizli reydlər şəklində olacaq. Qarabağda gizlənən erməni terrorçular onsuz da gec-tez ya Rusiya, ya da Azərbaycan xüsusi təyinatlıları ilə üz-üzə qalacaq”, - deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, bu əməlliyat regionun mənzərəsində artıq yeni element olacaq.
“Bu antiterror reydləri ictimaiyyət üçün “səssiz-səmirsiz” olacaq”, - deyə ekspert qeyd edib.
 Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA