sedanews.az
sedanews.az

Daxili işlər naziri Vilkayət Eyvazov Şirvanda vətəndaş qəbulu və sıra baxışı keçirib

21-06-2022, 14:21 240 dəfə baxılıb

   Həmin gün nazir 93 vətəndaşı dinləyib, 18-i Vətən müharibəsi iştirakçısı olmaqla 95 gənci polis orqanlarında xidmətə qəbul edib.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 21-də Şirvan Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazirlikdən REAL-a bildirilib ki, daxili işlər naziri əvvəlcə Şirvan şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
    Sonra Şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarından gələn 93 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
    Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
    Qəbula gələn vətəndaşlar onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
səfəri çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında Şirvan şəhəri və ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.
    Xidmətə qəbulun şərtlərinə uyğun gələn 95 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 18-i Vətən müharibəsi iştirakçısı, 1-i isə şəhid ailələrinin üzvləri olublar.
    Sonra daxili işlər naziri, general-polkovnik V.Eyvazov qeyd olunan şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirərək onlardan bölgədə ictimai asayişin və təhlükəsizliyin daha da möhkəmləndirilməsini, vətəndaş müraciətlərinə obyektiv baxılmasını və qəbulu işinin düzgün təşkilini tələb edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA