Sizin reklam burada728x90
Son dəqiqə:
» » Xankəndi-Laçın yolunda sülhməramlıların daha səkkiz avtomobilinin hərəkətinə şərait yaradılıb

Xankəndi-Laçın yolunda sülhməramlıların daha səkkiz avtomobilinin hərəkətinə şərait yaradılıb

05.01.2023, 11:48 Gündəm Çap et


   Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Sülhməramlılara məxsus olan 2 minik və 6 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.
***
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.
Həmin avtomobil Xankəndidən Laçın istiqamətinə keçib.
 Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 25 gündür davam edir.