Sizin reklam burada728x90
Son dəqiqə:
» » Bədii gimnastika üzrə 2027-ci ildəki dünya çempionatı Bakıda keçiriləcək

Bədii gimnastika üzrə 2027-ci ildəki dünya çempionatı Bakıda keçiriləcək

15.05.2023, 15:00 Gündəm Çap et


  2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından REAL-a verilən məlumata görə, qərar Beynəlxalq Gimnastika   Federasiyasının Şurasının Türkiyənin Antalya şəhərində baş tutan iclasında səsvermə yolu ilə qəbul edilib.
   Yarış 15-19 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
   Qeyd edək ki, yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı İsrail də namizədliyini irəli sürmüşdü.     Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, Bakı 2005 və 2019-cu illərdə də mundiallara ev sahibliyi edib.