sedanews.az
sedanews.az

17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib

3-07-2023, 11:56 218 dəfə baxılıb

    Azərbaycanın paytaxtında 17-ci Bakı Enerji Məktəbinin açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbiri ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Dövlət Neft Şirkəti (SOCAR), “BP-Azerbaijan”, “Kolin”, “Masdar” və “Total Energy” şirkətləri təşkil edib.
    Tədbirinin açılışında çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev qeyd edib ki, Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən bəri hər il keçirilməsi bu mövzunun aktuallığının göstəricisidir: “Bu sahədə lazımi təcrübəyə malik olan şəxslər buraya toplaşırlar və məktəbin populyarlığı artır”.
    “Ümumiyyətlə, Azərbaycanın neft və təbii qaz hasilatı ilə bağlı zəngin tarixi var”, - o vurğulayıb.
Bu il yay məktəbi fərqli formatda keçiriləcək: yay məktəbinin bir hissəsi iyulun 3-14-də Bakıda, digər hissəsi isə Aktauda baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA