Sizin reklam burada728x90
Son dəqiqə:
» » Bakıda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş gənclər festivalı keçiriləcək

Bakıda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş gənclər festivalı keçiriləcək

13.09.2023, 12:12 Gündəm Çap et

  Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Gənc Fest” festivalı keçiriləcək.
  Nazirliyin mətbuat xidmətindən REAL-a verilən məlumata görə, Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında sentyabrın 21-dən 24-dək təşkil olunacaq tədbirə 16-29 yaş arası hər kəs qatıla bilər.
  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.
Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.