Sizin reklam burada728x90
Son dəqiqə:
» » Növbəti köç karvanı Füzuli şəhərinə çatıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb

22.01.2024, 14:11 386 Gündəm Çap et

  Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr Füzuliyə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan Füzuliyə doğma sakinlərinin qayıdışı davam edir. Bu gün 30 ailə olmaqla, 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək, Vətənə qovuşmağın sevincini paylaşıblar.