sedanews.az
sedanews.az

Uşaq hüquqları müzakirə edildi - VİDEO

31-05-2024, 14:01 185 dəfə baxılıb


  Ötən dövr ərzində 15 uşaq himayədar ailəyə verilib
 Ölkəmizdə uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin yeritdiyi siyasətin əsas prioritetlərindən biridir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Erkən uşaqlıq dövrünün inkişafı-koordinasiyalı fəaliyyət" mövzusunda keçirilən konfransda çıxışı zamanı dedi. Onun sözlərinə görə uşaq hüquqlarının təmin olunmasına və yerinə yetirilməsinə cavabdeh olan qurumların işi müasir tələblərə uyğunlaşdırılır.
Azərbaycan cəmiyyətinin tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olduğunu deyən səhiyyə naziri İlqar Qasımov uşaqlara göstərilən səhiyyə xidmətlərindən söz açdı.
  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qeyd etdi ki, ötən dövr ərzində 15 uşaq himayədar ailəyə verilib. Həmçinin himayədar ailəyə verilən, o cümlədən 18 yaşadək əlilliyi müəyyən edilən uşağın tərbiyə edilməsinə görə aylıq və birdəfəlik müavinətlər təsis edilib.
Qeyd edək ki, dövlət və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, sosial inkişafı, həmçinin təhsili, tərbiyəsi və inkişafı mövzularında müzakirələrlə davam etdi.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA