sedanews.az
sedanews.az

Birinci Qarabağ müharibəsində şəhid olan Nazim Şirinovun qalıqları dəfn edilib - FOTO

7-06-2024, 12:08 181 dəfə baxılıb


  Birinci Qarabağ müharibəsində şəhid olan, 31 il sonra dəfn yeri və kimliyi müəyyən olunan Şirinov Nazim Şirin oğlunun qalıqları ailəsinə təhvil verilib.
  APA xəbər verir ki, bu gün şəhdilə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Şəhidin nəşinin qalıqları Abşeron rayonu Mehdiabad qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Şirinov Nazim Şirin oğlu 1993-cü il oktyabrın 23-də Füzuli rayonunda itkin düşüb.
   Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA