sedanews.az
sedanews.az

Azərbaycanda çağırışçılar və hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə baxılacaq

25-07-2019, 13:26 752 dəfə baxılıb

Azərbaycanda çağırışçılar və hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə baxılacaq

   
Azərbaycanda çağırışçılar və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nda öz əksini tapıb.
Tədbirlər Planında qeyd edilib ki, çağırışçılar və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə baxılmasının məqsədi narkomanlığın erkən müəyyən edilməsi və profilaktikasıdır.
Bu işin 2019-2020-ci illərdə Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA