Sizin reklam burada728x90
Son dəqiqə:
» » FHN: Qəbələdə qarlı havada itkin düşən şəxsin axtarışı davam edir

FHN: Qəbələdə qarlı havada itkin düşən şəxsin axtarışı davam edir

05.12.2022, 12:54 Hadisə Çap et


   Xəbər verildiyi kimi, 30 noyabr 2022-ci il tarixində 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
   FHN-dən REAL-a verilən məlumata görə, hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə -    Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.