Malatyada 5,6 maqnitudada zəlzələ olub, 1 nəfər ölüb, 69 nəfər yaralanıb - VİDEO
Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.REAL xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.
Onun sözlərinə görə, hadisə yerinə 400-ə yaxın xilasedici cəlb olunub.
Məlumata görə, axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə helikopterlə daşınıb.
Türkiyənin təhsil naziri Mahmut Özər isə bildirib ki, zəlzələ nəticəsində 22 bina çöküb.
14:17
Türkiyənin Malatya bölgəsində 5,6 böyüklüyündə zəlzələ olub.
REAL xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Nəticədə bəzi binalar dağıntıya məruz qalıb. Bölgəyə xilasedici dəstəlrə göndərilib.