sedanews.az
sedanews.az

Qaradağ Günəş Elektrik Stansiyasının Azərbaycan üçün əhəmiyyəti

18-03-2022, 13:58 297 dəfə baxılıb

15 mart 2022-ci il ölkəmizin energetika sahəsində çox əlamətdar gün kimi tarixə düşüb. Beləki, həmin gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub. Prezident İlham ƏliyevQaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında bildirib ki, ölkəmizin energetika sahəsində çox əlamətdar bir gün olduğunu və bu stansiyanın həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək: "Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək".

Ümumi gücü 230 mVt/saat olacaq bu stansiya istifadəyə verildikdən sonra ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək: “Bu da 110 min evin elektrik enerjisi ilə təmin edilməsi deməkdir. Stansiya, həmçinin analoji həcmdə elektrik enerjisinin istehsalı üçün lazım olan 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaq. Layihənin inşası dövründə yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Stansiyanın inşası zamanı 700-dən artıq, istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq”.

“Azərbaycan Respublikasının energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq, intensiv müzakirələr aparılıb.

Layihənin icraçısı isə dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. “Masdar” şirkəti bir çox ölkələrdə uzun illərdiruğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici və kapital qoyuluşuna açıq ölkədir."Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir,-deyən dövlət başçısı qeyd edərək bildirib ki, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var

“Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi isə qeyd edib ki, dünyanın 30-dan çox ölkəsində bərpaolunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayan “Masdar” şirkəti, 230 meqavatlıq günəş layihəsini həyata keçirmək üçün Azərbaycan ilə tərəfdaş olmaqdan məmnundur.

Və əlavə edib  “On ildən çox təcrübəmizlə biz də Azərbaycan hökumətinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdən qürur duyuruq.

ÜmumiyyətləAzərbaycanın dayanıqlı inkişafını təmin edən bir çox amillər mövcuddur. Ölkəmizdə zəngin neft və qaz yataqlarının olması və bu yataqların istismarı və işlənilməsi prosesinin uğurla aparılması bu amillərin başında durur. Həmçinin Azərbaycan müasir infrastrukturamalikdir - həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələrimizmövcuddur. Bunun nəticəsidir ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar.

Azərbaycanın iqtisadi potensialı çox böyükdür. Bunun bir sıra göstəriciləri var. Son illər ərzində qazanılmış uğurlar bunun əyani sübutudur. Prezident İlham Əliyev çıxışında söyləyib ki,ötən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır.

Neft-qaz kimi enerji resursları ilə zəngin olmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Ölkəmizdə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir.

Son illərdə aparılmış islahatlarındabir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer alıb.

Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən də böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.

Azərbaycanın işğaldan azad edilmiş əraziləri də bu baxımdan böyük potensiala malikdir.Ölkə rəhbərliyi tərəfindən bu ərazilərdə də bərpa olunan enerji növlərinin inkişafına xüsusi diqqət göstərilir. Baxmayaraq ki,bu ərazilər cəmi 1 ildir işğaldan azad edilib artıq 7 yarımstansiya yaradılıb. Xüsusilə Kəlbəcər və Laçın ərazilərində yeni su elektrik stansiyalarının yaradılması planlaşdırılır,günəş və külək enerji stansiyalarının yaradılması baxımından isə bu ərazilərdə  potensial daha böyükdür. Elə bu səbəbdən də bir çox şirkətlər bu bölgəyə daha çox maraqlıdırlar.Prezident İlham Əliyevin dediyi kimi: "Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq".


                                                 Ə.Məmmədov adına 76 №li tam
                                                      orta məktəbin tarix müəllimiCəfərova Xatirə 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA