sedanews.az
sedanews.az

Pandemiya ölkədə onlayn ticarətə müsbət təsir edib

28-12-2020, 11:05 424 dəfə baxılıb

Pandemiya ölkədə onlayn ticarətə müsbət təsir edib

Noyabr ayında nağdsız ödənişlər üzrə ölkədaxili aparılan elektron ticarət əməliyyatlarının həcmi 318 milyon manat təşkil edib.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, ötən aya nisbətən elektron ticarət əməliyyatlarının həcmi 4,9 faiz, ilin əvvəli ilə müqayisədə 22,3 faiz artıb.
Noyabr ayı üzrə nağdsız ödənişlər sistemində 6,1 milyon elektron ticarət əməliyyatı aparılıb. Elektron ticarət əməliyyatlarının sayı ötən aya nisbətən 7,2 faiz, ilin əvvəli ilə müqayisədə 34,2 faiz artıb.
Əlavə edək ki, nağdsız ödənişlər sistemində 2020-ci ilin 11 ayı ərzində ümumi elektron ticarət əməliyyatlarının həcmi 3 milyard 271 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 25,3 faiz çoxdur. Həmçinin 2019-cu ilin noyabr ayı ilə müqayisədə elektron ticarət əməliyyatlarının dəyəri 10,4 faiz artıb.
Eləcə də, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Ölkədə pandemiya dövründə elektron ticarət üzrə aparılan əməliyyatların sayı böyük həcmdə artıb.
Nigar Məmmədova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA