sedanews.az
sedanews.az

Koronanın sonrakı fəsadı: Bakıda araşdırma aparılır?

1-06-2020, 15:05 2 029 dəfə baxılıb

Koronanın sonrakı fəsadı: Bakıda araşdırma aparılır?





                Rusiyada aparılan araşdırma zamanı koronavirusu ağır formada keçirən xəstələrin 53 faizinin ağciyərlərində sağaldıqdan sonra heç bir dəyişiklik qeydə alınmadığı müşahidə olunub.
Maraqlıdır, ölkəmizdə bununla bağlı araşdırma aparılıb?
Axar.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bununla bağlı araşdırma aparılması üçün müəyyən qədər vaxt lazımdır.
“Koronavirusa yoluxmuş şəxslərin sağaldıqdan sonra ağciyərlərində hansısa fəsadın qalıb-qalmamasına minimum 6 ay sonra baxmaq lazımdır. Bu barədə danışmaq hələ tezdir”, - R.Əliyeva deyib.
Məsələyə münasibət bildirən professor Adil Qeybulla isə bu xəstəliyi ağır keçirən şəxslərin bir qisminin ağciyərində fibroz əmələ gəldiyini bildirib:
“Koronaya yoluxan və ağır keçirən xəstələrin ağciyərində hansısa dəyişikliyin olmaması hamıda müşahidə edilən hal deyil. Burada müəyyən bir faizdən söhbət gedir. Belə xəstələrin bir qisminin ağciyərində fibroz inkişaf edir. Fibroz olan ağciyər tam işləmir və funksional aktivliyini saxlamır. Ona görə də ola bilsin ki, belə xəstələrdə ağciyər çatışmazlığı əmələ gələcək. Əlbəttə, bu, bütün xəstələrə aid deyil. Amma o xəstələrdə ki pnevmoniya inkişaf edir, onlarda mütləq bu və ya digər dərəcədə çapıq toxuması olur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA