44 günlük müharibədən dərs çıxarmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarını icra etməkdən yaxa qurtarmaq üçün yeni çıxış yolları axtarır. Müharibə zamanı olduğu kimi postkonflikt dövründə də gah Qərbdən bəzi qüvvələri, gah da KTMT-ni bölgəyə gətirməyə çalışaraq Azərbaycanla üz-üzə qoymaq üçün etdiyi bütün cəhdləri boşa çıxan Ermənistan yenə niyyətindən əl çəkmək fikrində deyil.Nikol Paşinyanın baş nazir vəzifəsinə təsdiq edilməsindən sonra hökümətin formalaşdırılması istiqamətində tamamlama işləri yekunlaşır. Bölgəni münaqişə ocağına çevirərək kapitulyasiya aktını icra etməmək üçün təxribatlarına ara verməyən Ermənistan, bununla nəyəsə nail olacağına inanır. Lakin son proseslər bir daha göstərdi ki, bu vəziyyət heç də rəsmi İrəvan üçün çıxış yolu deyil.
KTMT baş katibi Stanislav Zasın İrəvan səfəri Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisələrə geniş mənada aydınlıq gətirdi. Avqustun 9-da Stanislav Zasla görüşündə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın "əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, İrəvan güc tətbiq etmək hüququnu özündə saxlayır" ifadələri baş katibin adekvat cavabı ilə nəticələnib. Zasın Karapetyanın dediklərinə "Əgər problemin həlli yollarından danışsaq, o zaman düşünürük ki, bu vəziyyətin siyasi yolla həlli imkanları tükənməyib, bu, hər kəs üçün ən yaxşı variant olardı" cavabı "Danışıqlar yolu ilə delimitasiya məsələsini həll etməyi bacarmasanız, başınızın çarəsinə baxın. Bizdən hərbi dəstək gözləməyin" məntiqini ortaya atır.
Erməni nazirin açıqlamasından da aydın olur ki, rəsmi İrəvan II Qarabağ müharibəsində olduğu kimi sərhəd məsələsində də KTMT-ni qabağa verərək, Azərbaycanla üz-üzə qoymaq planları qurur. Ermənistanın təbilincə desək, - biz müharibəyə başlasaq, siz məcbur olub, gəlib bizi müdafiə etməlisiniz. Bəli, plan bundan ibarətdir. Məhz son günlər sərhəddin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatlar bu planın tərkib hissəsidir. Çünki əgər növbəti irimiqyaslı hərbi əməliyyatlar baş verəcəksə, artıq 44 günlük müharibədəki kimi Azərbaycan sərhədləri çərçivəsində yox, bu dəfə hələ delimitasiya işlərinin tamamlanmadığı və Ermənistan-Azərbaycan sərhəddindəki ərazilərdə baş verəcək ki, İrəvanın da istədiyi budur. Çünki Ermənistanın atəş nöqtələri daha çox məhz Ermənistanın hazırki sərhədləri daxilindədir. Azərbaycanın onlara adekvat cavabı güya Ermənistanın ərazisinə təcavüz kimi dəyərləndirilə bilər və bunun nəticəsində KTMT dərhal təşkilatın şərtlərinə uyğun olaraq Azərbaycana qarşı ordu yürütməlidir. Lakin Azərbaycan 30 illik işğala son qoyduğu müharibə kimi, ondan sonrakı mərhələdə diplomatik pressinqi nəticəsində vəziyyəti xeyirinə dəyişməyi bacardı. Bu gün artıq nə Rusiya, nə də KTMT Azərbaycanla üz-üzə qalmaq arzusunda deyil. Rusiya və KTMT yaxşı anlayır ki, bu baş verərsə regionun təhlükəsizliyi təıhdid altına düşə bilər və nəticədə Qərb qüvvələrinin Qafqaza gəlişi üçün zəmin yarana bilər.
Azərbaycanla təkbaşına bacarmayacağını anlayan Paşinyan gah Rusiyanın orbitindən çıxmaq üçün Qərblə müxtəlif dialoqlar aparır, gah da Moskvanın rəhbəri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından əl çəkmir ki, çəkmir. Lakin artıq Kreml rəhbərliyi də anlayır ki, Bakının mövqeyi region üçün ən konstruktiv yanaşmadır.
Stanislav Zasın son səfəri də bir daha göstərdi ki, Ermənistan hakimiyyətinin və cəmiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ümidi özünü doğrutlmur. Təşkilat Ermənistan-Azərbaycan qarşdurmasında tərəf olmaq istəmir. KTMT müharibə dövründə olduğu kimi, ondan sonrakı dövrdə də Ermənistana arxa olmadı. Çünki təşkilat yaxşı anlayır ki, birincisi, Ermənistan haqsızdır, uzun illər qonşu ölkənin torpaqlarını işğal altında saxlayıb, ikincisi, Ermənistan Azərbaycanla sərhədi müəyyənləşdirmək və sülh sazişi imzalamaq istəmir. KTMT-nin baş katibi Zas da sərhəd məsələsində neytral qalacaqlarını İrəvan səfərində hər kəsə bəyan etdi. İrəvan anlamalıdır ki, Qarabağın işğalına son qoyulduğu kimi bu məsələlərində geci-tezi var. Lakin bir fərqi var, daha Azərbaycan illərlə səbr edib, təxribatlara göz yummaq fikrində deyil. Bunu nəzərə aldıqda sovet hakimiyyəti dövründəki sərhədlərin bərpasının yekunlaşdırılması, Zəngəzur dəhlizinin açılması və sülh sazişinə imza atmaq Ermənistanı daha ağır vəziyyətə düşməkdən tək xilas yoludur.
Təhməz Əsədov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Arkov: Sərhədə Rusiya və Türkiyə ordusu girsə...
Ermənistandan ikibaşlı oyun - Düşmən Zəngəzura görə plan qurub
Nikolun Makrona dediyi bu söz Kremli qıcıqlandıracaq
İrəvan üçün dəhşət ssenarisi: 13 yaşlı uşaqlar...
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Pensiyalarla bağlı AÇIQLAMA
Hava yenidən qızır: temperatur 34 dərəcəyə yüksələcək
Müdafiə naziri hərbi polisin döyüş hazırlığı prosesini izləyib
Ramiz Mehdiyevi mühakimə edən hakim KİMDİR...
ABŞ-dan Cənubi Qafqazla bağlı mühüm MESAJ
Araqçi Nyu-Yorka getdi
Milli Məclisdə dinləmələr keçiriləcək
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Fermerlərin torpağı əlindən alına bilər
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Bu gün Milli Musiqi Günüdür
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 141 il ötür
13 yaşadək uşaqlara sosial şəbəkə qadağan olunacaq
Emin Əmrullayev ibtidai təhsildən danışdı
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub
Azərbaycan əhalisi 10,2 milyonu keçdi
Türk dünyasının təhlükəsizlik rəhbərləri Bakıda toplandı
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
“Şərikli çörək” filminin ssenaristi vəfat edib
Bir sıra ərazilərdə işıq olmayacaq
“Brent” neftin qiyməti 105 dollara düşdü
Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Ərdoğan Azərbaycanı təbrik edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib (FOTO/VİDEO)
Sabah 35 dərəcə isti olacaq
Daha 220 keçmiş məcburi köçkün vətəninə qayıdır
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Şimali Kiprdə matəm elan edildi