sedanews.az
sedanews.az

Ərdoğan Putinin avqustda Türkiyəyə səfər edəcəyinə ümid etdiyini bildirib

12-07-2023, 14:15 275 dəfə baxılıb

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 8-nə keçən gecə Rusiya prezidenti Vladimir Putinin avqustda Türkiyəyə səfərini gözlədiyini bildirib.
“Növbəti ayda cənab Putin Türkiyəyə səfər edəcək, biz yenidən hərbi əsirlərin mübadiləsi mövzusunu üzbəüz müzakirə edə biləcəyik”, - Ərdoğan danışıqlardan sonra mətbuat konfransında deyib.
  Daha sonra Ərdoğan qeyd edib ki, Putinlə şəxsi görüş “yaxın iki ayda” baş tuta bilər.  Eyni zamanda, Türkiyə Rusiya liborları ilə taxıl sövdələşməsinə dair ya telefonla, ya da şəxsən danışıqlara ümid edir.
   Bundan əvvəl, iyulun 7-də Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Türkiyə lideri dəfələrlə vasitəçi rolunu oynayaraq Ukraynadakı münaqişənin həlli üçün böyük səylər göstərib.  Bu isə Rusiya prezidenti Vladimir Putin tərəfindən həmişə yüksək qiymətləndirilib.  Ərdoğanla rusiyalı həmkarının daha sonra görüşünün mümkünlüyündən danışan Kreml sözçüsü bunu istisna etməyib.
   İyunun 7-də Ərdoğan Zelenski ilə Kaxovka su elektrik stansiyası ətrafındakı vəziyyətlə bağlı telefon danışığı aparıb və partlayışı araşdırmaq üçün beynəlxalq komissiya yaradılmasını təklif edib.  O, Rusiyanı da komissiyada iştiraka dəvət edib.
   Mayın 29-da Türkiyə prezidenti ilə Ukrayna lideri telefon danışığı zamanı Ukraynadakı münaqişənin həllini müzakirə ediblər.  Ərdoğan administrasiyasında qeyd edildiyi kimi, dövlət başçısı prezident seçkilərinin ikinci turunda qalib gəldikdən sonra Ukrayna böhranının həlli üçün səylərini davam etdirəcək.
   Bundan əvvəl, aprelin 27-də Ərdoğanla Putin arasında telefon danışığı da olub və Türkiyə prezidenti rusiyalı həmkarına Ukraynadakı vəziyyəti həll etmək üçün işçi qrupu yaratmağı təklif edib.
                                                                              Elgiz Axundov
                                                                                    Moskva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA