sedanews.az
sedanews.az

Heydər Əliyev haqqında kitab BMT kitabxanasında - VİDEO

20-07-2023, 11:27 235 dəfə baxılıb

  BMT-nin Cenevrə ofisində “Heydər Əliyev həyatının 100 anı” kitabı təqdim edilib

İsveçrənin Cenevrə şəhərində müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabının BMT Kitabxanasına təqdimat mərasimi keçirilib.
  BMT-nin Cenevrədəki Bölməsində keçirilən təqdimat mərasimi Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsi, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən birgə təşkil olunub.
  Təqdimat mərasimində çıxış edən Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsinin Baş direktoru xanım Tatyana Valovaya dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını nəzərə alaraq Heydər Əliyevin BMT-Azərbaycan əlaqələrinə xüsusi önəm verməsi barədə fikirlərini bölüşərək, bu sahədə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, dahi şəxsiyyətin dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasında səylərindən danışıb.
   Sonra Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsinin Baş Direktorunun Kabinet rəhbəri, həmçinin “Heydər Əliyev həyatının 100 anı” kitabının redaksiya heyətinin üzvü David Çikvaidze çıxış edib. Heydər Əliyevlə görüşlərinin təəssüratını bölüşən natiq bildirib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev mahir dövlət qurucusu kimi öz strateji fəaliyyəti ilə ölkəsinin və xalqının işıqlı gələcəyini uzunmüddətli perspektivdə bacarıqlı, davamlı və uğurlu idarəetmə ilə möhkəmləndirməyə nail olub.
   Təqdimat mərasimində çıxış edən azərbaycan və ingilis dillərində nəşr olunan “Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli bildirdi ki, Ulu öndər Heydər Əliyev dahi bir şəxsiyyət kimi ölkəni parçalanmaq təhlükəsindən qurtarıb və Azərbaycanı dünyanın tanınan, stabil inkişaf edən dövlətlərindən birinə çevirib. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.
  Qırğız Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Ömər Sultanov, Türkiyə Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və İsveçrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Güven Begeç, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Dilarə Abdullayeva çıxışlarında Ümummilli Lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətinin mühüm hissələrinə toxunublar. Ulu Öndər Heydər Əliyevin siyasi və diplomatik sahədə Azərbaycana qazandırdığı böyük uğurlardan bəhs ediblər.
REAL







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA