sedanews.az
sedanews.az

Dövlət qurumları sudan səmərəli istifadə ilə bağlı çağırış edib

8-06-2020, 17:01 271 dəfə baxılıb

Dövlət qurumları sudan səmərəli istifadə ilə bağlı çağırış edib



 

Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birgə suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə fermerlərə müraciət edib. 

Bu barədə nazirlikdən bildirilib. 

Müraciətdə deyilir ki, ölkə ərazisində mövcud su qıtlığı və su anbarlarında yaranmış vəziyyət suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etməyi tələb edir. Bununla əlaqədar suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadə üçün bu sahədə bütün maraqlı tərəflər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalçıları cəlb edilməklə suvarma qrafikləri tətrib olunmalı və sudan istifadə həmin qrafiklər əsasında həyata keçirilməlidir.

Suvarma qrafikləri su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında tərtib olunmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına xidmət edir.

Odur ki, bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarından fəaliyyət göstərdikləri inzibati ərazi üzrə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın yerli bölmələrinə və Sudan İstifadəedənlər Birliklərinə (SİB) müraciət edərək suvarma qrafiklərinin tərtib olunmasında fəal iştirak etmələri tələb olunur.

Suvarma qrafiklərini kənd təsərrüfatı məhsullarının istehsalçıları imzaladıqdan sonra adı çəkilən qurumlar təsdiq edir. Təsdiqlənmiş suvarma qrafikləri Kənd Təsərrüfatı Nazirliyinin internet səhifəsində (www.agro.gov.az/qrafik) inzibati ərazi vahidləri üzrə qruplaşdırılaraq yerləşdirilir.

Suvarma qrafiki həmin internet saytında yerləşdirildikdən sonra tətbiq edilir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA