May ayının sonunda Almaniyadan Azərbaycana növbəti kütləvi deportasiya gözlənilir.
“Report”un Avropa bürosunun Almaniya hüquq mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, bu dəfə 20-yə yaxın Azərbaycan vətəndaşı çarter reysi ilə deportasiya ediləcək.
Artıq onlardan bir qismi Düsseldorf hava limanı yaxınlığında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) tabeliyində olan yataqxanaya yerləşdirilib.
İki nəfərin koronavirus test nəticəsi pozitiv çıxdığı üçün onlar yaşadıqları yataqxanda 14 günlük karantin altına alınıblar.
Məlumatda bildirilir ki, deportasiya ediləcək şəxslər 2015-2019-cu illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən və müraciətləri rədd edilən şəxslərdir. Onların arasında 2019-cu ildə Deggendorf şəhərində Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi davada iştirak edənlər də var. Həmin şəxslərdən biri 2020-ci ildə məhkəmə tərəfindən bəraət alsa da, onun sığınacaq istəyi rədd edilib və məhkəmə tərəfindən barəsindən deportasiya qərarı çıxarılıb. Könüllü Azərbaycana qayıtmayan şəxs bu dəfə məcburi deportasiya ediləcək.
Xatırladaq ki, keçən il Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava olub. Əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Kamp binasına ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla 10 nəfər yaralanıb. Prokurorluğun məlumatına görə, səkkiz şübhəli şəxs həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər beş sığınacaq axtaran şəxs sonradan sərbəst buraxılıb.
Cinayət Polisi ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlamaqla araşdırma aparıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Avropadan daha 12 azərbaycanlı deportasiya olunub
18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək
Azərbaycandan Almaniyaya çarter reysi təşkil edilir
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Qlobal təhlükəsizliklə bağlı IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB
"Araz Supermarket" barədə protokol tərtib olunub
Sabah 34 dərəcə isti olacaq
Türkiyədə liseyə hücum: yaralıların sayı 10-a çatdı
Üç gün öncə Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb
Bakıda tozun miqdarı normadan artıqdır
Nyu-Yorkda Ərdoğan və Kobaxidze arasında görüş keçirilib
Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır
İran təzyiqlərə baxmayaraq özünü müdafiə edəcək – Pezeşkian
Azərbaycan nefti ucuzlaşıb
Bəzi məktəblər distant təhsilə keçdi
Pensiyalarla bağlı AÇIQLAMA
Hava yenidən qızır: temperatur 34 dərəcəyə yüksələcək
Müdafiə naziri hərbi polisin döyüş hazırlığı prosesini izləyib
Ramiz Mehdiyevi mühakimə edən hakim KİMDİR...
ABŞ-dan Cənubi Qafqazla bağlı mühüm MESAJ
Araqçi Nyu-Yorka getdi
Milli Məclisdə dinləmələr keçiriləcək
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Fermerlərin torpağı əlindən alına bilər
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Bu gün Milli Musiqi Günüdür
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 141 il ötür
13 yaşadək uşaqlara sosial şəbəkə qadağan olunacaq
Emin Əmrullayev ibtidai təhsildən danışdı
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub
Azərbaycan əhalisi 10,2 milyonu keçdi
Türk dünyasının təhlükəsizlik rəhbərləri Bakıda toplandı
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
“Şərikli çörək” filminin ssenaristi vəfat edib
Bir sıra ərazilərdə işıq olmayacaq
“Brent” neftin qiyməti 105 dollara düşdü
Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi