sedanews.az
sedanews.az

Ukrayna bu tarixdən “sükut rejimi” elan edir

Bugün, 06:11


Ukrayna 6 may tarixindən etibarən "sükut rejimi" elan edir.
Sedaneüs.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski məlumat verib.
Dövlət başçısı bildirib ki, rejim 5-dən 6 maya keçən gecə saat 00:00-dan qüvvəyə minəcək və bu müddətdə Ukrayna tərəfi "güzgü prinsipi" ilə hərəkət edəcək.

Zelenski Rusiyanın birtərəfli qaydada elan etdiyi atəşkəsə də münasibət bildirib. Onun sözlərinə görə, bu günə qədər hərbi əməliyyatların dayandırılması şərtləri ilə bağlı Ukraynaya rəsmi müraciət daxil olmayıb.
"İnsan həyatı istənilən yubileyin qeyd olunmasından qat-qat dəyərlidir. Buna görə də mayın 5-dən 6-sına keçən gecə saat 00:00-dan etibarən sükut rejimi elan edirik", - deyə o vurğulayıb.

Prezident qeyd edib ki, bu müddət ərzində döyüşlərin real şəkildə dayandırılması mümkündür.
"Göstərilən vaxtdan etibarən güzgü prinsipi ilə hərəkət edəcəyik. Əgər Rusiya Müdafiə Nazirliyi hesab edirsə ki, Ukraynanın xoş niyyəti olmadan Moskvada parad keçirmək mümkün deyil, deməli, indi Rusiya rəhbərliyi müharibəni bitirmək üçün real addımlar atmalıdır", - deyə Zelenski əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA