
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni iki ölkə arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan
İslamabad Anlaşma Memorandumunu kobud şəkildə pozmaqda ittiham edib.
İran tərəfinin bəyanatına görə, ABŞ-nin son hərəkətləri sənədin fundamental müddəalarını sarsıdır.
Sedanews.Az xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsinin bəyanatında qeyd edilib
İran XİN bəyan edib ki, ABŞ hərbçilərinin ölkənin cənub sahili boyunca yerləşən monitorinq və müşahidə mərkəzlərinə endirdiyi gecə zərbələri hərbi əməliyyatların dayandırılmasını tələb edən 1-ci və 2-ci bəndlərin birbaşa pozulmasıdır. Rəsmi Tehran həmçinin Vaşinqtonun İran neftinin satışına tətbiq edilən sanksiyaların müvəqqəti dayandırılması qərarını (ümumi lisenziyanı) ləğv etməsini memorandumun 15-ci maddəsinə zidd addım kimi qiymətləndirib. İran xarici siyasət idarəsi iyunun 17-də ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanmış və 60 günlük danışıqlar dövrünü nəzərdə tutan bu sənədə sadiq qaldığını, lakin ABŞ-nin son hücumları fonunda öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə hüququ) uyğun olaraq zəruri addımlar atacağını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.