sedanews.az
sedanews.az

KİV: Netanyahu Trampın İrana zərbələri ləğv etməsi qərarını sosial şəbəkədən öyrənib

Bugün, 10:20


İsrail hökuməti ABŞ ilə birgə İrana endiriləcək zərbələrin ləğv edildiyini Prezident Donald Trampın "Truth Social" platformasındakı paylaşımından öyrənib.
sedanevs.az xəbər verir ki, bu barədə "Channel 12" telekanalı məlumat yayıb.
Materialda qeyd olunur ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da hücumun ləğvindən əvvəlcədən xəbərdar olmayıb.
"Bir neçə saat ərzində məlumatsız qaldıq. Prezident Tramp bizi qeyri-müəyyənlik içində qoydu. Yüksəkvəzifəli şəxslər baş verənlər barədə məlumatı Trampın sosial şəbəkələrindən alırdılar", - deyə yüksəkrütbəli İsrail rəsmisi vəziyyəti təsvir edib.
Qeyd olunur ki, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats da hücumların ləğv edilməsini internetdən xəbər tutublar. Əvvəlcə ölkədə hesab ediblər ki, ABŞ lideri bununla İranın sayıqlığını azaltmaq istəyir, lakin daha sonra ABŞ-də zərbələrin təxirə salındığını təsdiqləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA