sedanews.az
sedanews.az

Sənin əziz xatirən daim qəlblərdə yaşayacaq-Milli Qəhrəman Səfa Axundov

Bugün, 15:02

 
     Bu gün Azərbaycanın Milli Qəhrəmanı, igid hərbçi Səfa Fətulla oğlu Axundovun əziz xatirəsini ehtiramla yad edirik
 Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir.  
   1987-ci ildə Riqada yaşayan Səfa Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə[ biganə qalmayaraq Azərbaycana dönür.  1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 helikopterinə 2-ci pilot təyin edilir.  1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket helikopteri parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.
 Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
  Milli Qəhrəman Səfa Axundov Bakıda Şəhidlər xiyabanında dəfn edilib,  Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur, rayon mədəniyyət evinə və şəhərin küçələrindən birinə onun adı verilmişdir.  

  Evli idi. İki oğlu həyatda yadigar qalıb.

    Səfa Axundov ömrünü Vətənə xidmətə həsr etmiş, Birinci Qarabağ müharibəsində göstərdiyi şücaət və fədakarlıqla xalqımızın yaddaşında əbədi iz qoymuşdur.
  Onun igidliyi və vətənpərvərliyi bu gün də gənc nəsillər üçün örnəkdir.
  Şəhidlər ölməz, Vətən bölünməz!
Ruhun şad olsun, Milli Qəhrəman Səfa Axundov. Sənin əziz xatirən daim qəlblərdə yaşayacaq və gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olacaq.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin. 








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA