sedanews.az
sedanews.az

ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ

Bugün, 11:35



Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz daim qəlbimizdə yaşayır. Bu məqalədə Eldarov Sədyar Rizvan oğlu, Paşayev Musa Mülküm oğlu, Xudayev Yaşar Əli oğlu, Əliyev Həsrət Əmrulla oğlu, Cavadov Daşqın Səbrulla oğlu, Heydərov Zaur Uman oğlu, Tahirov Alimşah Əmirşah oğlu və Mirzəyev Nuran Akif oğlunun şücaətindən bəhs edəcəyik.
Azərbaycanın tarixi boyunca torpaqlarını qorumaq üçün minlərlə igid övladı şəhid olmuşdur. Xüsusilə, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi və digər hərbi əməliyyatlar zamanı minlərlə vətənpərvər gənc oğullarımız  torpaqlarımız uğrunda canlarından keçmişdir. Onların hər biri müharibənin müxtəlif dövrlərində cəsarət nümunəsi göstərmiş, düşmənə qarşı əzmlə mübarizə aparmışdır. Onların döyüş yolu haqqında tarixi faktları xalqımıza təqdim etmək bizim hər zaman peşə borcumuzdur.
Eldarov Sədyar Rizvan oğlu – 1973-cü ildə Quba rayonunun Üçgün kəndində anadan olmuşdur. 1- ci Qarabağ müharibəsində iştirak etmiş və 1992- ci il oktyabrın  14-də Ağdam rayonu Qazançı kəndində şəhid olmuşdur.
Paşayev Musa Mülküm oğlu – 1971- ci ildə Quba rayonu Küpçal kəndində anadan olmuşdur. 1- ci Qarabağ müharibəsində iştirak etmiş və 1993-cü il martın 29- da Zəngilan rayonu ərazisində şəhid olmuşdur.
Xudayev Yaşar Əli oğlu – 1999- cu ildə Quba rayonu Dağlı kəndində anadan olmuşdur. Azərbaycan ordusunun əsgəri olan Yaşar Xudayev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmiş və 2020- ci il sentyabrın 27- də  Murovdağ döyüşləri zamanı şəhid olmuşdur. “Vətən uğrunda”, “Cəsur döyüşçü”,  “Kəlbəcərin azad olunmasına görə”, medalları və “Azərbaycan bayrağı” orden ilə təltif olunmuşdur.
Əliyev Həsrət Əmrulla oğlu – 1975- ci ildə Quba rayonunun Qələdüz kəndində anadan olmuşdur. 1- ci Qarabağ müharibəsində, 1994- cü il martın 23- də Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.
Cavadov Daşqın Səbrulla oğlu – 1972- ci ildə Quba rayonu Qələdüz kəndində anadan olmuşdur. 1- ci Qarabağ müharibəsində, 1993- cü il aprelin 17- də Ağdərə ərazisində gedən döyüşlərdə şəhid olmuşdur.
Heydərov Zaur Uman oğlu – 1975- ci ildə Quba rayonu Qələdüz kəndində anadan olmuşdur. 1- ci Qarabağ müharibəsində,1994- cü il yanvarın 19- da Füzuli rayonu Alxanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur.






Tahirov Alimşah Əmirşah oğlu – 1956- cı ildə Quba rayonu Qımıl kəndində anadan olmuşdur. 1 – ci Qarabağ müharibəsində, 1994- cü il yanvarın 26- da Füzuli rayonu Seyidəhmədli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. 

Mirzəyev Nuran Akif oğlu – 1999- cu ildə Quba rayonu Qımıl kəndində anadan olmuşdur. 2020- ci il oktyabrın 19- da Füzuli , Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Təltif və mükafatları:
 (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
 (24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
 (29.12.2020) — “Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)
 (30.12.2020) — “Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra)
Azərbaycan dövləti və xalqı şəhidlərimizin xatirəsini daim uca tutur. Onların ailələrinə diqqət və qayğı göstərilir, adları əbədiləşdirilir, küçələrə, məktəblərə və abidələrə onların adları verilir. Hər il Şəhidlər Xiyabanı ziyarət edilir, onların qəhrəmanlıq salnaməsi yeni nəsillərə ötürülür.
Bu 8 qəhrəman şəhidimiz vətən torpağının azadlığı üçün misilsiz fədakarlıq göstərmiş, Azərbaycanın tarixində silinməz iz qoymuşdur. Onların döyüş yolu gənclər üçün bir örnəkdir və onların xatirəsi daim yaşayacaqdır. Şəhidlərimizin ruhu şad olsun! Onlar bizim qəlbimizdə əbədi yaşayacaq!


Afət İlkin






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA