sedanews.az
sedanews.az

VƏTƏN SƏNƏ OĞUL DEDİ

Bugün, 12:02



 Şəhid  Rauf Qafar oğlu Məsimov 22 iyul 1992-ci ildə Tovuz rayonunun səfalı Çataq kəndində dünyaya göz açmışdır. O, uşaqlıq illərindən dürüstlüyü, mərdliyi və vətənə olan bağlılığı ilə yaşıdlarından seçilirdi. İlk təhsilini 1998–2009-cu illərdə doğma kəndindəki X. Cəfərov adına Çataq kənd tam orta məktəbində almışdır. Məktəb illərində tarix fənninə, xüsusilə də Azərbaycanın qəhrəmanlıq tarixinə böyük maraq göstərmişdir. 2010-cu ildə hərbi xidmətə çağırılmış, 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini şərəflə başa vurmuşdur. 
  Mülki həyatda da əməksevərliyi ilə tanınan Rauf subay idi. 2020-ci ilin sentyabrında torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başlayanda, o, heç bir an belə tərəddüd etmədən Səfərbərlik idarəsinə müraciət edərək cəbhəyə könüllü yollanmışdır. 
  Əsgər Rauf Məsimov müharibənin ilk günlərindən ən ağır döyüş əməliyyatlarının mərkəzində yer alıb. O, ön cəbhədə xidmət edərək düşmənin illərlə qurduğu möhkəm müdafiə xətlərinin yarılmasında fəal iştirak edib. Rauf sıravi əsgər kimi Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə böyük şücaət göstərib. Hər bir çətin tapşırığı qorxu bilmədən, yüksək rəşadətlə yerinə yetirib.
  Rauf Məsimov 9 noyabr 2020-ci ildə – Şuşanın azad olunmasından və böyük qələbənin elan edilməsindən cəmi bir gün əvvəl Xocavənd istiqamətində gedən ən son və qanlı döyüşlərdə düşmən mərmisinin qəlpəsindən qəhrəmancasına şəhid olub. Onun nəşi doğulduğu Tovuz rayonunun Çataq kənd qəbiristanlığında böyük izdihamla dəfn edilmişdir. 
 Şəhid Rauf Məsimov göstərdiyi cəsarət, təşəbbüskarlıq və vəzifə borcuna son nəfəsinədək sadiqlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda","Döyüşdə fərqlənməyə görə", və"Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.
 Qarşında baş əyirik. Ruhun şad olsun Şəhidim!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA