sedanews.az
sedanews.az

ANS TV yeni adla efirə qayıdır?

14-07-2021, 11:11 16 dəfə baxılıb

ANS TV yeni adla efirə qayıdır?

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ümumirespublika televiziya kanalının açılması üçün 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci tarixinədək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.
MTRŞ-dan verilən məlumata görə, müsabiqəyə 6 iddiaçı sənəd təqdim edib.
Bunlar "APA Mark" MMC, "Təhsil TV" MMC, "Balans Studiyası" MMC, "İNS ÇM" MMC, "İstipress" MMC, "Medical Media" MMC-dir.
Ümumirespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər.
Milli.Az xəbər verir ki, ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı Modern.az-a təsdiqləyib.
S.Həsənova müsabiqənin obyektiv keçəcəyi təqdirdə qalib gələcəklərinə inandıqlarını deyib:
"Bu müsabiqədə bizim "İstipress" MMC, "İNS ÇM" MMC və "Balans Studiyası" MMC də iştirak edir. Bütün lazımi sənədləri təqdim etmişik. Artıq bildiyiniz kimi, bu şirkətlərin adları MTRŞ-nın səhifəsində də yayımlanıb. Əminik ki, müsabiqə obyektiv keçəcək və belə olan təqdirdə biz qalib gələcəyik!".
Qeyd edək ki, MTRŞ-nin müsabiqəsinə qatılan "İstipress" MMC, "İNS ÇM" MMC və "Balans Studiyası" MMC-yə  ANS Şirkətlər Qrupunun sahibləri Vahid və Seyfulla Mustafayev qardaşları rəhbərlik edirlər.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.
Daha sonra Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA