Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Teleradio İB) tərəfindən Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımı təmin olunub.
Buna qədər isə Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq 31 dekabr 2020-ci il tarixindən etibarən radio-televiziya yayımı Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Həmçinin 04.10.2021-ci il tarixində Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilməklə Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı təmin olunub.
Hazırda işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir. O cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin cari ilin sonunadək bərpası nəzərdə tutulur.
Sonda xatırladaq ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı"na uyğun olaraq azad olunmuş ərazilərdə digər istiqamətlərdə də işlər davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ANS TV yeni adla efirə qayıdır?
ATV cərimələndi, Zaurun verilişinin yayımı dayandırıldı
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Şəhid övladları “Zəfər” intellektual yay düşərgəsində
Məktəbəqədər təhsildə alternativ maliyyələşmə modelinə keçilir
Azad mətbuatın maliyyə müstəqilliyi: Medianın ən ağrılı problemi
Erməni mediası Misir Mərdanovdan yazdı
Bakı metrosunun Bənövşəyi xəttində yeni stansiya: "Nizami"yə keçid olacaq
Azərbaycan ilə Ekvador arasında viza tələbi ləğv edilir
Ukrayna Nisanovun Moskvadakı bazarını vurdu
Gürcüstan müharibəyə qarışsaydı, yox olardı - Boçorişvili
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra…
Məryəmin orqanları 6 nəfərə həyat verdi - Foto
Çayda batan gəncin meyiti tapıldı
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
ABŞ hərbi aviasiyasında ağır itki: "B-52" qəzaya uğradı, heyət üzvləri öldü
Türkiyədə ard-arda 62 zəlzələ oldu
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto
Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
Edi Rama Prezident İlham Əliyevə məktub göndərib
Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
“Son zəng”lə bağlı qadağalar - RƏSMİ
Bu kreditlər üzrə faizləri dövlət ödəyəcək – Rəsmi
Həcc ziyarəti başa çatır
Ardıcıl 3 gün iş OLMAYACAQ
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi