sedanews.az
sedanews.az

Məşhur “Got Talent” şousu Azərbaycanda

14-09-2021, 14:22 41 dəfə baxılıb

Məşhur “Got Talent” şousu Azərbaycanda



Böyük Britaniyanın dünyaca məşhur “Got Talent” müsabiqəsi artıq Azərbaycanda yayımlanacaq.
Axar.az xəbər verir ki, bu barədə Xəzər TV-nin rəhbəri Murad Dadaşov rəsmi İnstaqram hesabında məlumat paylaşıb.
Xəzər TV Böyük Britaniyanın “Got Talent” müsabiqəsi ilə rəsmi tərəfdaşlığıa başlayıb. Bu səbəbdən artıq siz də “Talant – Mərkəzi Asiya” şousunun iştirakçısı ola, öz istedadınızla bütün dünyanı heyrətə gətirə bilərsiniz. “Talant – Mərkəzi Asiya”nın növbəti mövsümü üçün kastinq qeydiyyatı başlayıb”, - Murad Dadaşov bildirib.
Kastinqlər 5 oktyabra qədər davam edəcək.
Yaş məhdudiyyətinin olmadığı şouda qalib 40 000 manat pul mükafatı alacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA