İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
Azərbaycanda müxtəlif banklar fərqli şərtlərlə müştərilərə nağd pul kreditləri təklif edir. Bankların təqdim etdiyi nağd pul kreditlərinin faiz dərəcələri, komissiya xərcləri, kreditin müddəti və məbləği fərqlidir.
sedanevs. az banklara istinadən xəbər verir ki, nağd pul kreditlərinin məbləği 300 AZN-dən 150 000 AZN-ə qədər dəyişir. Faiz dərəcələri isə minimal 9,5%-dən başlayır və müxtəlif banklarda 18 faizə qədər yüksəlir. Kredit müddətləri 3 aydan 60 aya qədər təklif edilir. Çox sayda bank komissiyasız kredit imkanı təqdim etsə də, bəziləri müəyyən komissiyalar tətbiq edir. Komissiyalar 0-4 faiz arasında dəyişir.
Azərbaycanın müxtəlif banklarında təqdim olunan nağd pul kreditlərinin faiz dərəcələri, komissiya xərcləri və kredit məbləğləri haqqında ətraflı məlumatı təqdim edirik:
Bank | Məbləğ (AZN) | İllik faiz dərəcəsi başlayır | komissiya | küddət (ay) |
Azərbaycan Beynəlxalq Bankı | 300 – 50 000 | 10,9 % | 0% | 3-60 |
Azər-Türk Bank | 300 – 40 000 | 11% | 0-1,5% | 3-48 |
Access Bank | 500 – 40 000 | 10% | 0-3% | 6-48 |
AFB Bank | 500 – 50 000 | 10,5% | 0% | 3-59 |
Azərbaycan Sənaye Bankı | 500 – 30 000 | 13% | 1% | 2-36 |
Bank Avrasiya | 500 – 100 000 | 13% | 0-0,5% | 12 – 59 |
Bank BTB | 300 – 30 000 | 18% | 0% | 3-48 |
Bank of Baku | 500 – 50 000 | 9,9% | 0% | 3-59 |
Bank Respublika | 200 – 50 000 | 10% | 1% | 3-59 |
Expressbank | 300 – 70 000 | 11,9% | 0-3% | 3-59 |
Kapital Bank | 300 – 50 000 | 10,9% | 0% | 3-59 |
Rabitəbank | 300 – 30 000 | 10,5% | 0% | 3-48 |
Turan Bank | 500 – 50 000 | 9,9% | 0-2% | 6-59 |
Unibank | 300 – 50 000 | 9,5% | 0% | 3-60 |
VTB Bank | 300 – 50 000 | 10,49% | 0% | 6-59 |
Xalq Bank | 500 – 150 000 | 12% | 0,5% | 12-59 |
Yapı Kredi Azərbaycan | 300 – 50 000 | 14% | 1,65-2% | 3-59 |
Yelo Bank | 400 – 50 000 | 10,9% | 1-3,5% | 6-59 |
Paşa Bank | 2 000 – 50 000 | 11,5% | 0-3% | 3-48 |
Ziraat Bank | 50 000 AZN-dək | 17% | 1% | 36 ayadək |