sedanews.az
sedanews.az

MN: Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir

20-09-2023, 12:19 149 dəfə baxılıb




Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.
Bu barədə REAL-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.
Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır", - məlumatda vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA