sedanews.az
sedanews.az

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı keçirilir

30-04-2024, 11:36 163 dəfə baxılıb


   Universitetin105 illiyinə həsr olunan tədbirdə 105 şirkət iştirak edir
Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyilə Karyera Festivalı keçirilir.
   REAL xəbər verir ki, açılış mərasimində BDU-nun rektoru Elçin Babayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış ediblər.
   Tədbirdə məlumat verilib ki, BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalında ölkəmizin nüfuzlu 105 şirkəti universitetin tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim edir.
Festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir.
Mayın 1-də müxtəlif mövzularda vörkşop və panel müzakirələr keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA