sedanews.az
sedanews.az

Ukraynaya yardım dayanır: münaqişə bitəcək - Alman şərhçi

28-03-2024, 12:35 175 dəfə baxılıb

  Ukraynada münaqişə 2024-cü ildə bitə bilər.

   Bu barədə Almaniyanın “Die Velt” nəşrinin şərhçisi Kristof Şiltz deyib.
 Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu il müdafiədə olmaq təhlükəsi ilə üzləşib:
“Vaşinqtonun Kiyevə yardımı kəskin şəkildə azalacaq və Avropa Birliyinin (AB) ABŞ-ı tam əvəz etmək üçün kifayət qədər gücü və siyasi iradəsi olmayacaq. Bundan əlavə, Rusiya silahlı qüvvələrinin ölkənin dərinliklərinə, Dnepr çayına doğru irəliləmə riski indi yüksəkdir. AB Rusiyanın nüvə statusuna görə “Taurus” raketlərini tədarük etməkdən qorxur”.
  Ekspert qeyd edib ki, Ukrayna tərəfinin itirilmiş torpaqları qaytarmaq şansı yoxdur. Onun fikrincə, Rusiyanın hücumu nəticəsində ölkə digər ərazilərini də itirə bilər.
  Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA