sedanews.az
sedanews.az

Albert Aqarunovun xatirəsi yad edilib - VİDEO

8-05-2024, 14:49 26 dəfə baxılıb

  Anım günündə qəhrəmanın yaxınları və döyüş yoldaşları iştirak ediblər

Mayın 8-də Şəhidlər Xiyabanında Azərbaycan Ordusunun ilk tank komandirlərindən biri Azərbaycan Milli Qərhrəmanı yəhudi əsilli Albert Aqarunovun anım güçü keçirildi.
Əfsanəvi tank komandirinin məzarını ziyarət edən ailə üzvləri, döyüş yoldaşları Albert Aqarunovla xatirələrini yad etdilər və onun məzarı üzərinə qərənfillər düzərək, ruhuna dualar oxudular.
  Anım mərasimində həmçinin Dağ Yəhudiləri dini icması, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Milli Qəhrəman Albert Aqarunov adına 154 saylı məktəbin müəllim və şagird kollektivi və digər qonaqlar da iştirak edib.

Qeyd edək ki, Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 1-ci Qarabağ müharibəsi başlayarkən Aqarunov cəbhəyə könüllü yazılıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olub.
  Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.
REAL







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA