sedanews.az
sedanews.az

Kollektorlar lildən təmizlənir - VİDEO

7-08-2024, 12:27 139 dəfə baxılıb


   Torpaqlarda şoranlaşmanın qarşısı alınır
  Baş Mil-Muğan Kollektorunda lildən təmizləmə işləri davam edir. Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Baş Mil Muğan Kollektoru İstismarı İdarəsinin texnikaları bir-neçə istiqamətdə meliorativ tədbirlər aparır. İdarə üzrə kollektor drenaj sistemi təmir edilir və lildən təmizləmə işləri yerinə yetirilir. Bu işlər əsasən fermerlərin, kənd sakinlərinin əkin sahələrinin yaxınlığından keçən kollektorlarda həyata keçirilir ki, bunun da nəticəsi olaraq münbitləşən torpaqlarda məhsuldarlıq artmaqda davam edir.
  Hazırda Baş Mil Muğan Kollektorunun 140 km-ə yaxın hissəsi, 16 km Baş Mil Muğan Kollektorunun qolu, 37.7 km M.Ə.Sabir adına kollektor, 8.1 km Sağ Sahil kollektoru və başqa kollektorlar istismar olunur. Görülən işlər tərtib olunmuş plan əsasında aparılır. Bundan başqa balansda olan nasos stansiyaların sazlığına da diqqət yetirilir və nasos stansiyalar cari təmir olunur.
  Qeyd edək ki, Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 140 km-dir. Bundan 22 km-i Salyan, 18 km-ə yaxını Sabirabad, 37 km-i Neftçala, 63 km-i isə Saatlı rayonunun ərazisinə düşür. Baş Mil Muğan Kollektorunun əsas məqsədi Mil-Qarabağ və Muğan –Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt, sel və məişət sularının Baş Mil Muğan Kollektoru vasitəsilə maneəsiz, heç bir enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA